BAKI, 26 oktyabr. TELEQRAF
Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında Azərbaycan millisi qrup mərhələsinin son oyununu keçirib.
Teleqraf xəbər verir ki, Famil Xəlilovun baş məşqçi olduğu komanda Haiti yığması ilə qarşılaşıb.
Görüş rəqibin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, Azərbaycan millisi qrup mərhələsini 3-cü pillədə tamamlayıb.
Qeyd edək ki, U-15 millimiz turnirdə Timor-Leste yığmasını 6:0, Andorranı 1:0, İsraili isə 3:1 hesabı ilə məğlub edib. Komanda Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub.