BAKI, 27 noyabr. TELEQRAF

Dünən Namibiyada keçirilən regional seçkilərində Adolf Hitler Unon adlı siyasətçi Ompunca şəhərində qalib gəlib.

Teleqraf xəbər verir ki, bu barədə Namibiya KİV məlumat yayıb.

Hakim SWAPO partiyasından namizədliyini irəli sürən siyasətçi 85 faiz səs toplayıb və yenidən beşinci müddətə regional rəhbər seçilib.

Siyasətçi yaxınlarda soyadını (Hiter) dəyişdirmək üçün müraciət edib. Hazırda Adolf Unonun sənədləri ilə bağlı lazımi prosedurlar aparılır. Atası ona Namibiya üçün bu qeyri-adi ad və soyadı verib. Siyasətçi iddia edir ki, valideynləri ona kimin adını qoyduqlarına tam əmin olmayıblar.

Müasir Namibiya 1915-ci ilin yayına qədər Almaniya müstəmləkəçiliyi altında olub. Bu Afrika ölkəsində alman adları geniş yayılıb.