BAKI, 22 avqust. TELEQRAF

Nigeriyada fəaliyyət göstərən “Boko Haram” ekstremist qruplaşmasının lideri Bakura (İbrahim Mahamadu) ötən həftə Nigerin Diffa bölgəsində həyata keçirilən əməliyyat zamanı öldürülüb.

Teleqraf xəbər verir ki, bu barədə Niger ordusunun bəyanatında deyilir.

"Avqustun 15-də Hərbi Hava Qüvvələrinin qırıcı təyyarəsi Bakuranın mövqelərinə üç dəqiq zərbə endirib", - bəyanatda qeyd olunur.

Bakuranın 2021-ci ilin may ayından "Boko Haram"a rəhbərlik etdiyi bildirilir. O, bu vəzifədə həmin vaxt öldürülmüş Abubakar Şekaunu əvəz etmişdi.

Qeyd edək ki, 2000-ci illərin əvvəllərindən Nigeriyada fəaliyyət göstərən “Boko Haram”ın 2009-cu ildən bəri təşkil etdiyi terror aktlarında 40 mindən çox insan həyatını itirib.

Təşkilat 2015-ci ildən ölkənin qonşuları Kamerun, Çad və Nigerə ​​də hücumlar edir.