BAKI, 2 iyul. TELEQRAF
Mali hökumət ordusunun bölmələri bir neçə şəhər və yaşayış məntəqəsinə hücum edən 80 nəfərdən çox terrorçunu məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə ölkə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Rəsmi məlumata görə, planlaşdırılmış əməliyyat zamanı silahlılar eyni vaxtda Niono, Molodo, Sandare, Nioro-du-Sahel, Diboli, Gogi və Kayes yaşayış məntəqələrində dinc əhaliyə, eləcə də müdafiə və təhlükəsizlik qüvvələrinin mövqelərinə hücum ediblər. Hərbçilərin qətiyyəti sayəsində "qorxu, panika və çaşqınlıq yaratmaq istəyən terrorçuların planları pozulub”.
Əməliyyat nəticəsində xeyli miqdarda silah, sursat, rabitə cihazları və nəqliyyat vasitələri ələ keçirilib.