BAKI, 15 mart.TELEQRAF

Avtomobil nəhəngi "Volkswagen" Almaniya hökuməti ilə imzalanan yeni müqavilə çərçivəsində hərbi texnika istehsal edəcək.

Teleqraf xəbəbr verir ki, "Volkswagen"in yeni strategiyası Almaniyanın artan müdafiə xərclərinə və Avropanın təhlükəsizlik ehtiyaclarına uyğun mühüm addım hesab olunur.

Şirkətin baş direktoru deyib: "Bu addım şirkətimizin geniş istehsal potensialını şaxələndirmək və cəmiyyətə xidmət etmək üçün mühüm fürsətdir. Müdafiə sektoruna verdiyimiz töhfə təkcə işçi qüvvəsi və texnologiya baxımından deyil, həm də Almaniyanın təhlükəsizliyi baxımından mühüm rol oynayacaq".