BAKI, 8 mart. TELEQRAF

ABŞ Konqo ilə nadir torpaq mineralları üzrə saziş bağlamaq istəyir

ABŞ Konqo Demokratik Respublikası (KDR) ilə nadir torpaq mineralları hasilatı sahəsində əməkdaşlıq məsələsini müzakirə edir.

Teleqraf xəbər verir ki, bu barədə Financial Times (FT) nəşri məlumat yayıb.

ABŞ Dövlət Departamentindəki mənbələrə istinadən bildirilib ki, KDR müasir texnologiyalar üçün vacib hesab olunan strateji resursların əhəmiyyətli hissəsinə malikdir və Vaşinqton bu sahədə sazişlər bağlamağa açıqdır.

Qeyd edək ki, nadir torpaq mineralları əsasən yüksək texnologiyalı cihazların, o cümlədən elektronika, elektrik avtomobilləri və hərbi avadanlıqların istehsalında istifadə edilir. ABŞ-nin bu resurslara marağı, Çin və digər ölkələrlə texnoloji rəqabətini gücləndirmək istəyi ilə əlaqələndirilir.