
BAKI, 17 fevral. TELEQRAF
Misirin paytaxtı Qahirənin qərbində binanın uçması nəticəsində 10 nəfər həlak olub, 3 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə Misir Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, çökən bina Giza əyalətinin Kirdase rayonunda yerləşib.
Yaralılar əraziyə yaxın Şeyx Zayed Mütəxəssis Xəstəxanasına yerləşdiriliblər.
Səlahiyyətlilər ərazidə axtarış-xilasetmə işlərinin aparıldığını bildiriblər.
Açıqlamada binanın uçmasının səbəbi ilə bağlı heç bir məlumat paylaşılmayıb.