BAKI, 22 oktyabr. TELEQRAF

İspaniyanın Ali İdman Şurası La Liqanın prezidenti Xavyer Tebas barəsində şikayət edib.

Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, buna Tebasın “Real Madrid”in kommunikasiya siyasətini və klubun televiziyasını nasist təbliğatçısı Yozef Gebbelsin təbliğatı ilə müqayisə etməsi səbəb olub.

İspaniya hökumətindən asılı olan Ali İdman Şurası məsələ ilə bağlı İdman üzrə İnzibati Tribunalına (TAD) müraciət edib. Qurumun şikayəti əsasında Tebas barəsində araşdırma aparıla bilər.

Araşdırmanın nəticəsindən asılı olaraq La Liqanın prezidenti vəzifəsindən kənarlaşdırılma cəzası ilə üzləşə bilər.