BAKI, 22 oktyabr. TELEQRAF

İngiltərənin “Mançester Siti” klubu Almaniya təmsilçisi “Borussiya Dortmund”un futbolçusu Mathis Alberti transfer etmək istəyir.

Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, Premyer Liqa klubu ABŞ millisinin üzvünü yaxından izləyir.

Amerikalı futbolçunun milli komandadakı çıxışı bir sıra Premyer Liqa təmsilçilərinin diqqətini cəlb edib.

İngiltərənin “Çelsi” və Fransanın PSJ klubları da Mathis Albertin transferi ilə maraqlanır. Hər iki klubun 15-20 milyon avro qarşılığında futbolçunu heyətinə qatmağa hazır olduğu iddia edilir.

Albertin “Borussiya Dortmund”un əsas komandasında kifayət qədər oyun vaxtı almaması onun transfer ehtimalını artırır. Lakin Bundesliqa təmsilçisi futbolçunu komandada saxlamaq niyyətindədir.