BAKI, 14 oktyabr. TELEQRAF
Rusiya xarici işlər naziri Sergey Lavrov oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilir ki, sammitdə AQEM-in gələcək inkişafı, Avrasiya məkanında əməkdaşlıq, kiçik və orta sahibkarlığın dəstəklənməsi, eləcə də beynəlxalq informasiya təhlükəsizliyi məsələləri müzakirə olunacaq.
İştirakçılar beynəlxalq və regional gündəmdəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.