BAKI, 2 sentyabr. TELEQRAF
“Rusiya ilə Ukrayna arasındakı müharibənin mümkün qədər tez sülhlə başa çatması həm bizim, həm də cənab Putinin gözləntisidir. Biz də istəyirik ki, mümkün qədər tez bu regionda Rusiya ilə Ukrayna arasında sülh prosesi başlasın və bölgədə sülh hökm sürsün”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bu müharibənin həm bölgəmiz, həm dünyamız, həm də tərəflər üçün xeyirli nəticə vermədiyi bəllidir. Bəs Putin bundan məmnundurmu? Məmnun deyil. O da bu işin mümkün qədər tez və xeyirli şəkildə başa çatmasını gözləyir. Biz sülh naminə əlimizdən gələni etməyə hazır olduğumuzu cənab Putinə bildirdik. Müharibənin deyil, sülhün qalib gələcəyi bir reallıqdır. Bunun üçün də hər cür səy göstərməyə hazırıq”, - o bildirib.