BAKI, 17 avqust. TELEQRAF

“İran və Oman arasında Hörmüz boğazında təhlükəsizlik razılaşmasının əldə edilməsi üzrə danışıqlar ABŞ və İsrailin addımları və prosesə müdaxilə cəhdləri səbəbindən təxirə salınıb”.

Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

Bəqayi qeyd edib ki, Tehran və Maskat iki sahil ölkəsinin hüquqlarına hörməti və ticarət gəmilərinin təhlükəsiz keçidini təmin edəcək mexanizm yaratmağa çalışır.