BAKI, 11 avqust. TELEQRAF

“Xəzər regionunun təhlükəsizliyi üçün sahilyanı olmayan dövlətlərin burada hərbi mövcudluğu qadağan edilməlidir”.

Teleqraf xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib.

O bildirib ki, bu məsələ İran və digər sahilyanı ölkələr tərəfindən həmişə vurğulanır.

“Xəzər ölkələri bu dənizdə baş verən proseslərdən digər ölkələrə nisbətən daha çox təsirlənirlər və əlbəttə, onun təhlükəsizliyi, sabitliyi və gələcəyi ilə bağlı əsas məsuliyyət onların üzərinə düşməlidir”, - Qəribabadi qeyd edib.

Xarici işlər nazirinin müavini əlavə edib ki, regionda baş verən son hadisələr, xüsusilə İsrail və ABŞ-nin İrana qarşı 40 günlük müharibəsi və bunun nəticələri Xəzər dənizinin geosiyasi və strateji əhəmiyyətini bir daha və əvvəlkindən daha aydın şəkildə ortaya qoyub.