BAKI, 3 avqust. TELEQRAF

“Bütün təcrübələrimdən faydalanaraq, Bəşər Əsədi öz rejimi daxilindən devirmək üçün işləri təşkil etməyə başladım”.

Teleqraf xəbər verir ki, bunu Suriya Prezidenti Əhməd Şaraa “Al Jazeera”yə müsahibəsində deyib.

O bildirib ki, bu proses zamanı xaricdən dəstək almayıblar.

Suriya lideri keçmiş rejimin aradan qaldırılmasının zəruri olduğunu vurğulayıb:

“Keçmiş rejimin aradan qaldırılması təkcə Suriya üçün deyil, bütün region üçün vacib idi. Devrilmiş rejimə qarşı mübarizədə hərbi istiqamətə fokuslanmaqla yanaşı, yenidən təşkilatlanma prosesinə hazırlıq işlərini də həyata keçirdik”.