BAKI, 29 iyul. TELEQRAF
Yəmənin “Ənsarallah” Hərəkatı (Husilər) Səudiyyə Ərəbistanına məxsus kəşfiyyat dronunu vurublar.
Teleqraf xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Yəhya Səriya bildirib.
O bildirib ki, Səudiyyə Ərəbistanına məxsus “Karayel” kəşfiyyat dronu Səəda əyalətinin hava məkanında əməliyyat apararkən vurulub.