BAKI, 4 noyabr. TELEQRAF
Səudiyyə Ərəbistanı Krallığının Bakıdakı səfirliyi “Adahi” proqramı çərçivəsində Azərbaycana göndərilən qurban ətinin paylanmasını həyata keçirib.
Teleqraf xəbər verir ki, tədbirin əvvəlində səfirliklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi arasında təhvil-təslim aktı imzalanıb.
Ümumi çəkisi 46,5 ton olan qurban əti 7 min ailəyə paylanacaq.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında fəaliyyət göstərən “Adahi” proqramı Həcc mövsümündə qurbanlıq heyvanların kəsilməsini, ətinin emalını və ehtiyacı olan insanlara paylanmasını təşkil edir. 1983-cü ildə yaradılan proqram zəvvarların qurban ibadətini asanlaşdırmaqla yanaşı, humanitar yardımın genişləndirilməsinə də xidmət edir.