BAKI, 23 iyul. TELEQRAF

Səudiyyə Ərəbistanı dinc nüvə proqramı inkişaf etdirmək niyyətindədir.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio mətbuat konfransında bildirib.

"Səudiyyə Ərəbistanı ilə ABŞ arasındakı tərəfdaşlıq nüvə silahının yaradılmasının qarşısını almağa imkan verən təminatları nəzərdə tutur",- o qeyd edib.