BAKI, 22 iyul. TELEQRAF

Ankaranın Sincan rayonunda təlim helikopteri qəzaya uğrayıb.

Teleqraf xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

İlkin məlumatlara görə, qəza nəticəsində 2 nəfər yaralanıb.

Hadisə yerinə xilasetmə və tibbi xidmət qrupları cəlb olunub. Araşdırmalar aparılır.