BAKI, 7 iyul. TELEQRAF

Suriyanın paytaxtı Dəməşqdə zibil qutularına yerləşdirilmiş iki partlayıcının işə düşməsi nəticəsində üç nəfər ölüb.

Teleqraf xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Yelisey sarayından isə bildirilib ki, partlayış baş verən zaman Fransa Prezidenti Emmanuel Makron artıq suriyalı həmkarı Əhməd əl-Şaraa ilə görüş üçün prezident sarayına yollanırdı və o, xəsarət almayıb.

***

11:32

Suriyanın paytaxtı Dəməşqdə Turizm Nazirliyinin yaxınlığında iki partlayış baş verib.

Teleqraf xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.

Bildirilib ki, partlayışın baş verdiyi ərazi Fransa Prezidenti Emmanuel Makronun ötən gecə qaldığı hotelin yaxınlığında olub.