BAKI, 3 iyul. TELEQRAF
Müsəlman Dünyası Liqası Dəməşqdə Ədliyyə Sarayının yaxınlığındakı kafedə törədilmiş terror partlayışını pisləyib.
Teleqraf xəbər verir ki, bu barədə təşkilatın baş katibi Məhəmməd bin Əbdülkərim əl-İsa bildirib.
Baş katib vurğulayıb ki, qurum zorakılığın və terrorun bütün formalarına qarşıdır.
O, Suriyanın təhlükəsizliyinə, sabitliyinə və xalqının əmin-amanlığına yönəlmiş təhdidlər qarşısında həmrəylik ifadə edərək, həlak olanların ailələrinə başsağlığı verib və yaralılara şəfa diləyib.
Xatırladaq ki, iyulun 2-də baş vermiş terror aktı nəticəsində 9 nəfər həlak olub, 20 nəfər isə yaralanıb. Hadisə metal parçaları ilə doldurulmuş, təxminən 1 kiloqram ağırlığında olan əldəqayırma partlayıcı qurğu vasitəsilə törədilib.