BAKI, 18 iyun. TELEQRAF
Suriya Müdafiə Nazirliyinin general-mayoru Səlim İdrisin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Milli Müdafiə Universitetində olub.
Teleqraf xəbər verir ki, Suriya rəsmisi burada universitetin rektoru, professor Erhan Afyoncu və yüksək rütbəli hərbi zabitlərlə görüş keçirib.
Görüşdə mövcud hərbi əməkdaşlıq və təlim, peşəkar inkişaf və hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Suriya Müdafiə Nazirliyi danışıqların institutsional əməkdaşlığın gücləndirilməsinə və birgə təlim və təhsil proqramları vasitəsilə hərbi personalın imkanlarının artırılmasına həsr edildiyini bildirib.