BAKI, 4 iyun. TELEQRAF

“Hörmüz boğazının bağlanması Türkiyənin enerji təhlükəsizliyinə yanaşmasını dəyişdirib”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Hörmüz boğazının bağlanması bizə enerji təhlükəsizliyinin təkcə inkişaf məsələsi yox, həm də suverenlik və milli təhlükəsizliklə bağlı bir məsələ olduğunu öyrətdi”, - dövlət başçısı bildirib.

Rəcəb Tayyib Ərdoğan əlavə edib ki, İran və Hörmüz boğazı ətrafında davam edən vəziyyət Türkiyənin regionun ən vacib enerji mərkəzlərindən biri kimi rolunu gücləndirib.