BAKI, 1 iyun. TELEQRAF

İran Prezidenti Məsud Pazeşkian istefa verməyib və vəzifəsini yerinə yetirməyə davam edir.

Teleqraf xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı “Tasnim” informasiya agentliyi hökumətdəki mənbəyə istinadla məlumat yayıb.

Agentlik “Iran International”ın Məsud Pezeşkianın istefa ərizəsini ölkənin Ali rəhbəri Müctəba Xameneiyə təqdim etdiyi barədə iddiasını təkzib edib.

Prezident Administrasiyasının Kommunikasiya və İnformasiya İdarəsi rəhbərinin müavini Seyid Mehdi Təbatəbai də bundan əvvəl bu barədə xəbəri yalanlamışdı.