BAKI, 25 may. TELEQRAF

Mayın 23-də ABŞ Prezidenti Donald Trampla danışıqlar zamanı Bəsrə körfəzi dövlətlərinin liderləri Vaşinqtonu İrandan ölkələri üçün təhlükəsizlik zəmanətləri almağa çağırıblar.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və digər regional ölkələrin liderləri Tehranın ballistik raket proqramı ilə bağlı müddəaları istisna edəcək ABŞ-İran razılaşmasının perspektivindən narahatdırlar. Mənbə qeyd edib ki, raket proqramı hələ danışıqlar zamanı müzakirə olunmayıb. Körfəz liderləri eskalasiyanın onların ərazisindəki enerji obyektlərinə zərər verə biləcəyindən çəkinirlər.

Körfəz dövlətləri ABŞ Prezidenti ilə danışıqlarda müharibənin mənfi iqtisadi nəticələrini əsas gətirərək, onu İranla mümkün qədər tez razılığa gəlməyə çağırıblar.