BAKI, 15 may. TELEQRAF
İran Bəsrə körfəzi ölkələrinə hücumlara başladıqdan sonra Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Səudiyyə Ərəbistanı və Qətər də daxil olmaqla, qonşu dövlətləri Tehrana koordinasiyalı hərbi cavab tədbirlərində iştirak etməyə inandırmağa çalışıb, amma Ər-Riyad və Doha bu tələbi rədd edib.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadla məlumat yayıb.
Mənbələrə görə, BƏƏ Prezidenti Məhəmməd bin Zayed Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman da daxil olmaqla, regional liderlərlə bu barədə danışıb.
Bin Zayed region ölkələrinin İrana qarşı kollektiv cavabının çəkindirici təsir göstərə biləcəyinə inanırmağa çalışıb.