BAKI, 15 may. TELEQRAF

“Düşməni səhvən öz təyyarələrini belə vuracaq qədər çaşdıra bilən imanın gücüdür”.

Teleqraf xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin baş komandanı general Əmir Xatəmi deyib.

“Ən inkişaf etmiş yerüstü və hava hücumundan müdafiə sistemlərinə malik olduğu halda, Amerikanın Küveytdəki bazaları üzərində İranın F-5 qırıcısını uçuran imanın gücü idi”, - o bildirib.