BAKI, 15 may. TELEQRAF
İran hakimiyyəti ABŞ ilə müharibənin bitməsindən sonra bütün ticarət gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçidini təmin etməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi bildirib.
“Hörmüz boğazından keçid probleminin yeganə həlli ABŞ-nin İrana qarşı təcavüzkar müharibəsinə tamamilə son qoymaqdır, bundan sonra hər bir gəminin təhlükəsiz keçidini təmin edəcəyik”, - o vurğulayıb.