BAKI, 15 may. TELEQRAF
“İranla ABŞ və İsrail arasındakı münaqişə çox çəkməyəcək, bir neçə həftəyə bitə bilər”.
Teleqraf xəbər verir ki, bunu İsrailin ədliyyə naziri Yariv Levin deyib.
“Düşünmürəm ki, çox çəkəcək. Dəqiq deyə bilmərəm, amma bu, aylar yox, həftələr məsələsidir”, - o bildirib.
Levin münaqişənin vaxtından əvvəl başa çatmasının bütün dünya üçün mənfi nəticələrə səbəb olacağını da vurğulayıb.