BAKI, 1 may. TELEQRAF

“İran İslamabadda ABŞ ilə danışıqların keçiriləcəyi yer kimi nəzərdən keçirir, amma Tehrana yer yox, nəticə vacibdir”.

Teleqraf xəbər verir ki, bunu İranın İtaliyadakı səfiri Məhəmməd Rza Saburi deyib.

“Pakistanın səylərini yaxından izləyirik, bu ölkənin hakimiyyətinin təşəbbüsləri və addımları nəzərə alınmaqla, İslamabad danışıqlar üçün məkan kimi nəzərdən keçirilir. Danışıqların yeri ikinci dərəcəli məsələdir: ədalətli və balanslı razılaşmaya nail olmağa fokuslanmaq vacibdir”, - diplomat bildirib.