BAKI, 30 aprel. TELEQRAF

İsrail Müdafiə Qüvvələri (İMQ) “Qlobal Sumud Donanması”na daxil olan Krit sahillərində Qəzza zolağına doğru üzən gəmiləri ələ keçirməyə başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.

“Saxlama prosesi davam edir, heç bir fövqəladə hal və ya zorakılıq aktı yoxdur”, - portal İsrail mənbəsinə istinadla bildirib.

Mənbənin sözlərinə görə, proses İsrail sahillərindən yüzlərlə kilometr və Qəzza zolağı sahillərindən təxminən 1000 kilometr məsafədə həyata keçirilir. İsrailin hesablamalarına görə, donanma təxminən 100 gəmi və təxminən 1000 fəaldan ibarətdir.

İsrail müdafiə naziri İsrael Kats aprelin 29-da “Qlobal “Sumud” Donanması - İkinci Missiya” üçün ianə toplama səylərinə başlayanlara qarşı sanksiyalar tətbiq etməyi əmr edib. İsrail Müdafiə Nazirliyinin məlumatına görə, donanmanın gəmiləri İspaniya, İtaliya və Türkiyə də daxil olmaqla bir neçə ölkənin limanlarından yola düşüb. MN qeyd edib ki, donanma HƏMAS tərəfindən beynəlxalq təşkilatlarla əməkdaşlıqda və humanitar yardım donanması adı altında təşkil olunub.