BAKI, 11 aprel. TELEQRAF
Livan və İsrail arasında aprelin 14-də Vaşinqtonda gözlənilən danışıqlar səfirlər səviyyəsində keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Kanalın məlumatına görə, ABŞ danışıqlardan əvvəl Livana təhlükəsizlik zəmanəti verib.
Müzakirələr “Hizbullah” Hərəkatının tərksilah edilməsi və İsrail qoşunlarının Livan ərazisindən çıxarılması məsələləri ətrafında gedəcək.