BAKI, 10 aprel. TELEQRAF

Pakistanda İran-ABŞ danışıqları iki-üç gün davam edə bilər.

Teleqraf xəbər verir ki, bu barədə TASS-a İran ali rəhbərinin Hindistandakı nümayəndəsi Əbdül Məcid Hakim İlahi məlumat verib.

“Yəqin ki, iki-üç gün danışıqlar aparacaqlar, sonra isə müzakirələr aparmaq üçün ölkələrinə qayıdacaqlar”, - o qeyd edib.