BAKI, 8 aprel. TELEQRAF

İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə ölkəsi arasında atəşkəsin əldə edilməsi barədə açıqlama verib.

Teleqraf xəbər verir ki, bu barədə o, sosial mediada yazıb.

“Atəşkəs İranın irəli sürdüyü prinsiplərinin qəbul edilməsi və bütün xalqın birliyi sayəsində mümkün olan nailiyyətdir. Bu gündən etibarən də birlikdə olmağa davam edəcəyik - istər diplomatik, istər döyüş meydanında, istər küçədə, istərsə də hər cür xidmətdə”, - Pezeşkian bildirib.

İran Prezidenti həmçinin atəşkəsi “Əli Xameneinin axan qanının bəhrəsi” adlandırıb.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İrana hücumları müvəqqəti olaraq dayandırmağa hazır olduğunu bildirdikdən sonra rəsmi Tehran iki həftəlik atəşkəs şərtlərini qəbul edib. Tərəflər arasında danışıqların aprelin 10-da İslamabadda aparılması planlaşdırılır.

ABŞ və İsrail müvafiq razılaşma çərçivəsində İrana qarşı hərbi əməliyyatları iki həftə təxirə salıb.