BAKI, 7 aprel. TELEQRAF

“Hörmüz boğazı geosiyasi reallıq və İran üçün Allah tərəfindən verilmiş hədiyyədir”.

Teleqraf xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani deyib.

Hörmüz boğazının İran üçün mühüm üstünlük olduğunu bildirən hökumətin sözçüsü qeyd edib ki, bu məqamdan kifayət qədər istifadə edilməlidir.

“Düşmənin hərbi üstünlüyü barədə şübhəmiz yoxdur, amma bizim də gücümüz ondadır ki, onun proqnozlaşdırdığından on dəfə artıq müqavimət göstərdik və lazım olan müddətcə müqavimət göstərəcəyik”, - Fatimə Mohacerani əlavə edib.