BAKI, 6 aprel. TELEQRAF
“ABŞ-nin axmaq prezidenti İranın elektrik infrastrukturuna zərbə vurmaqla hədələyib”.
Teleqraf xəbər verir ki, bunu İranın ali rəhbərinin müşaviri Əli Əkbər Vilayəti deyib.
“Regionun zülmətə qərq olmaması üçün ərəb ölkələrinin rəhbərləri Trampı başa salmalıdır ki, Fars körfəzi (Bəsrə -red.) qumar oynamaq üçün yer deyil”, - o bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açılması üçün İrana aprelin 6-dək vaxt verib. Amerika lideri boğazın bu müddətdə açılmayacağı təqdirdə İranın kritik enerji obyektlərinin məhv ediləcəyini bəyan edib.