BAKI, 23 mart. TELEQRAF
Bu gün ABŞ və İsrail tərəfindən Təbriz şəhərinə iki ölümcül hücum baş verib.
Teleqraf xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi məlumat yayıb.
Agentlik bildirib ki, Mərzdaran ərazisində yaşayış məntəqəsinə endirilən zərbə nəticəsində dörd nəfər ölüb, altı nəfər yaralanıb.
Rabe Raşididəki parkda isə daha iki nəfər həyatını itirib.