BAKI, 18 mart. TELEQRAF
Türkiyə xarici işlər naziri Hakan Fidan bölgədəki son inkişafları müzakirə etmək məqsədilə Səudiyyə Ərəbistanının ev sahibliyi etdiyi toplantıya qatılacaq.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Xarici işlər naziri bölgədəki son inkişafları müzakirə etmək məqsədilə 18 mart 2026‑cı il tarixində Səudiyyə Ərəbistanının ev sahibliyi etdiyi Ər-Riyaddakı toplantıya qatılacaq”, - açıqlamada qeyd edilib.