BAKI, 11 mart. TELEQRAF

İsrail Xarici İşlər Nazirliyi İranın yeni Ali rəhbəri Əli Xamenei ilə bağlı sosial mediada paylaşım edib.

Teleqraf xəbər verir ki, qurum onun ali rəhbər təyin edilməsindən sonra hələ də ictimaiyyət qarşısında çıxmadığını bildirib.

“Qaça bilərsən. Gizlənə bilərsən. Amma kartondan olan rejimlər tez qatlanır”, - paylaşımda vurğulanıb.

Qeyd edilir ki, keçmiş ali rəhbər Əli Xameneinin oğlu Müctəba yeni lider kimi təqdim edilməsindən üç gün keçməsinə baxmayaraq, indiyədək onun nə yeni fotosu, nə rəsmi bəyanatı, nə də ictimai çıxışı yayımlanıb.