BAKI, 6 mart. TELEQRAF

İsrail Səudiyyə Ərəbistanının İrana zərbələr endirməsini gözləyir, amma Ər-Riyad hələlik hərbi əməliyyata qoşulmaqdan çəkinir.

Teleqraf xəbər verir ki, bu barədə hökumətdəki mənbələrə istinadla İsrailin dövlət televiziyası “Kan” məlumat yayıb.

“İsrail İranla bağlı Səudiyyə Ərəbistanından cavab addımları gözləyir, amma Ər-Riyad Tehran tərəfindən səsləndirilən təhdidlərə görə mümkün addımlarını ləngidir. İsrailin qiymətləndirməsinə görə, Səudiyyə Ərəbistanı öz suverenliyinə yönəlmiş müdaxilələrə görə İranı cəzalandırmaq istəyir”, - mənbə qeyd edib.