BAKI, 6 mart. TELEQRAF
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Küveyt vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah telefon danışığında İranın region ölkələrinə qarşı aqressiv hərəkətlərini pisləyib və onları qəbuledilməz adlandırıblar.
Teleqraf xəbər verir ki, rəsmilər İranın addımlarının ərəb ölkələrinin suverenliyini pozduğunu bildiriblər.
Səudiyyə Ərəbistanı vəliəhdi və Küveyt vəliəhdi Tehranın hücumlarının ciddi nəticələrə səbəb olacağı barədə xəbərdarlıq ediblər.