BAKI, 5 mart. TELEQRAF

“Əli Xameneinin öldürülməsindən sonra da qeyd etdiyim kimi, onun yerinə istənilən varis təyinatı əvvələcədən uğursuzluğa məhkumdur”.

Teleqraf xəbər verir ki, bunu İranın keçmiş liderinin oğlu Rza Pəhləvi deyib.

“Hansı ad olur-olsun - Müctəba Xamenei və ya Həsən Xomeyni - legitimliyi yoxdur, bu rejim və onun cinayətkar rəhbərlərinin, həm Ruhullah Xomeyni, həm də Əli Xameneinin qanlı keçmişində pay sahibi olacaq. İranın çökən rejimi legitimliyə malik deyil. Bu rejimin yeganə alternativi yerini keçid sisteminə verməkdir”, - o bildirib.

Rza Pəhləvi molla rejiminə müraciət edərək, hakimiyyəti dərhal xalqa təhvil verməyə çağırıb: “Xalqın iradəsinə hörmət edin, dərhal və zorakılıq olmadan hakimiyyəti təhvil verin, “Şir və Günəş” inqilabına qoşulduğunuzu bəyan edin, İranın sabit və təhlükəsiz keçid prosesində seçiləcək milli hökumətinə qatılın”.