BAKI, 4 mart. TELEQRAF

İsrail müdafiə naziri İsrael Kats İranın keçmiş ali rəhbəri Əli Xameneinin ölümündən sonra ölkənin növbəti lideri olacaq hər kəsi öldürməklə hədələyib.

Teleqraf xəbər verir ki, bu barədə o, X-də yazıb.

“İranın terrorçu rejimi tərəfindən İsraili məhv etmək, ABŞ, azad dünya və regional ölkələri təhdid etmək və İran xalqının səsini boğmaq planını davam etdirmək üçün təyin edilən istənilən lider qeyd-şərtsiz məhv edilməli hədəf olacaq”, - Kats bildirib.