BAKI, 3 mart. TELEQRAF

“İranın Ali rəhbəri Əli Xameneinin ABŞ-İsrail zərbələri nəticəsində həlak olmasından sonra onun varisinin seçilməsi prosesi çox vaxt aparmayacaq”.

Teleqraf xəbər verir ki, bunu İranın Ekspertlər Şurasının üzvü Əli Moaləmi deyib.

“Yeni rəhbərin seçilməsi çox vaxt aparmayacaq. Ekspertlər Şurasının üzvləri (ali rəhbərin seçilməsinə cavabdeh olan orqan – red.) and içiblər ki, lider seçərkən şəxsi seçimlərini nəzərə almayacaq, dini normalara əsaslanaraq seçim edəcəklər”, - o bildirib.

Xatırladaq ki, İranın Ali rəhbəri Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin paytaxt Tehrana hava zərbələri zamanı öldürülüb.