BAKI, 27 fevral. TELEQRAF
“Hər danışıqlar mütləq nəticəyə gətirib çıxarmır. Əgər ABŞ ilə danışıqlar nəticə verməsə, növbəti variant - müharibə masamızın üstündədir”.
Teleqraf xəbər verir ki, bunu İranın Ali rəhbəri Əli Xameneinin Fars vilayətində nümayəndəsi Lütfullah Dejkam deyib.
“İran güc mövqeyindən danışır. Danışıqlar o zaman məna kəsb edir ki, qarşı tərəf müharibənin hansı nəticələrə səbəb olacağını bilir. Heç kim demir ki, biz problemi yalnız danışıqlar yolu ilə həll etmək istəyirik, sadəcə prosedurları tamamlamaq üçün danışıqlara gedirik”, - o bildirib.