BAKI, 23 fevral. TELEQRAF
Bu gün naməlum mənbədən İran vətəndaşlarının mobil telefonlarına “ABŞ Prezidenti Donald Tramp əməli adamdır, gözləyin!” tipli SMS göndərilib.
Teleqraf xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Qeyd edilib ki, bundan öncə də bəzi vətəndaşlar oxşar mesajlar aldıqlarını bildirmişdilər.
“Israel Hayom”un yazdığına görə, ABŞ-nin İrana hücum ehtimalı artıb, komandalar hazırda bunun ardınca baş verə biləcək ssenarilər üzərində işləyirlər.