BAKI, 12 fevral. TELEQRAF
İran Prezidenti Məsud Pezeşkian aylıq 1000 dollar maaş alır.
Teleqraf xəbər verir ki, bu barədə o, Gülüstan vilayətində tibb məsələlərinə həsr olunmuş iclasda bildirib.
“Əvvəllər normal pul verilirdi, maaş 6 min dollar idi. Amma indi prezident olaraq 1000 dollar maaş alıram”, - o deyib.
Qeyd edək ki, İranda hazırkı məzənnə ilə (1 dollar - 162 min tümən) 1000 dollar təxminən 162 milyon tümən edir.