BAKI, 5 fevral. TELEQRAF

“1979-cu il inqilabını yalınayaq və yoxsul insanlar həyata keçiriblər, bu təbəqə çətin günlər və ağır sınaqlarda İslam Respublikasının yanında olub”.

Teleqraf xəbər verir ki, bunu İranın keçmiş ali rəhbəri Ruhullah Xomeyninin Həsən Xomeyni deyib.

Xomeyni İranda hakimiyyət əleyhinə kütləvi etirazları “bir neçə nəfərin narazılığı” adlandırıb:

“Əgər xalq və cəmiyyət kütləvi şəkildə razıdırsa, bir neçə şəxsin narazılığı heç bir önəm daşımayacaq”.

Həsən Xomeyni həmçinin qeyd edib: “Çoxları İslam Respublikasının imkanlarından faydalanıblar, amma çətin günlərdə onun yanında dayanmayıblar”.