BAKI, 21 yanvar. TELEQRAF
“İranda baş verən ümummilli etirazlar bir neçə gündən sonra daxili və xarici terrorçu ünsürlərin prosesə qoşulması ilə qarşıdurmaya çevrilib, bu ünsürlərin qarşısını almaq üçün internetin kəsilməsi zəruri olub”.
Teleqraf xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi “Wall Street Journal”da dərc olunan məqaləsində yazıb.
O bildirib ki, rabitə tədricən” bərpa olunur, ölkəyə normal həyat geri qayıdıb.
Abbas Əraqçi baş verənləri İsrail kəşfiyyatı – MOSSAD-la əlaqələndirərək qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın etirazçıların qətlə yetirilməsinin nəticələri barədə xəbərdarlığı Vaşinqtonu Təl-Əvivin xeyrinə yeni müharibəyə cəlb etmək məqsədi daşıyıb, bu da maksimum qan tökülməsinə gətirib çıxarıb.
Nazir Tehranın mövqelərini təkrarlayaraq xəbərdarlıq edib ki, İrana qarşı istənilən yeni hücum qəti cavabla üzləşəcək.
İran xarici işlər nazirinin sözlərinə görə, Tehran ədalətli razılaşmaya hazırdır, amma ABŞ-nin yanaşması dəyişməli və qarşılıqlı hörmətə əsaslanmalıdır.