BAKI, 19 yanvar. TELEQRAF

“İran hakimiyyəti iğtişaşlar zamanı cinayətkar fəaliyyətə aldananların hamısına cəzalarının azaldılması müqabilində könüllü olaraq polisə təslim olmağı təklif edib”.

Teleqraf xəbər verir ki, bu barədə İran polisinin rəisi Əhmədrza Radan deyib.

“Təxribatçılar tərəfindən aldadılanlar üç gün ərzində təslim olsalar, cəzalarının əhəmiyyətli dərəcədə azaldılacağına ümid edə bilərlər”, - o qeyd edib.