BAKI, 19 yanvar. TELEQRAF
“İran hüquq-mühafizə orqanları iğtişaşlar zamanı törədilən cinayətlərdə iştirak edən bütün şəxslər müəyyən edilib saxlanılana qədər işlərini davam etdirəcəklər”.
Teleqraf xəbər verir ki, bu barədə İranın polis rəisi Əhmədrza Radan bildirib.
“İran xalqına qiyamçı və terrorçuları sona qədər təqib edəcəyimizə söz vermişik”, - o qeyd edib.